GÖZƏLLİK VƏ TƏRZ
“SWISS KRONO” MMC-nin istehsal etdiyi laminasiya olunmuş döşəməüstü örtükləri yeyilməyə davamlı örtüklərdir. Onların üstünlüyü digər ölkələrin istehlakçıları ilə yanaşı bir çox Rusiya istehlakçıları arasında rəğbət qazanıb.
SWISS KRONO laminasiya olunmuş döşəməüstü örtüklər – ənənəvi örtüklərə alternativ olan ağac emalı sənayesinin məhsuludur.
Ən yeni texnologiya, beynəlxalq ənənələr və təcrübənin tətbiqinin nəticəsi məhsulların müstəsna keyfiyyəti və geniş çeşiddə dekorlardır.
Bu məhsullar bir neçə kolleksiyada təklif olunur. Kolleksiyalar bir-birindən dekorları, səth teksturası, panelin qalınlığı və yeyilmə sinfi ilə fərqlənir. Təqdim olunan xüsusiyyətlər məkanın təyinatından asılı olaraq laminasiya olunmuş döşəməüstü örtüklərin bu və ya digər kolleksiyasının istifadə imkanını müəyyən edir.
YEYİLMƏ SİNFİ
Nadir halda və ya müvəqqəti olaraq istifadə olunan kommersiya sahələri üçün
AC3 panelləri istənilən yüklənmə ilə yaşayış sahələri və aşağı yüklənmə ilə kommersiya sahələri üçün nəzərdə tutulub
(qonaq otaqları, uşaq otaqları, mətbəx, yataq otağı, mehmanxana otaqları, dəhlizlər, konfrans-zalları)
Orta istifadə tezliyi ilə kommersiya sahələri üçün
AC4 panelləri istənilən yüklənmə ilə yaşayış sahələri və orta yüklənmə ilə kommersiya sahələri üçün nəzərdə tutulub
(qonaq otaqları, uşaq otaqları, mətbəx, yataq otağı, mehmanxana otaqları, dəhlizlər, konfrans-zalları, butiklər, ofislər)
İntensiv istifadə olunan kommersiya sahələri üçün
AC5 panelləri istənilən yüklənmə ilə yaşayış sahələri və intensiv yüklənmə ilə kommersiya sahələri üçün nəzərdə tutulub
(qonaq otaqları, uşaq otaqları, mətbəx, yataq otağı, mehmanxana otaqları, dəhlizlər, konfrans-zalları, butiklər, böyük ofislər, univermaqlar)
PANEL KONSTRUKSİYASI
SWISS KRONO laminasiya olunmuş döşəməüstü örtüklər üç stabil laydan ibarətdir.
Bu birləşmə SWISS KRONO döşəmələrinin yüksək aşınmaya davamlılığı və unikal keyfiyyətinin təminatçısıdır.
1 – İşçi səth yeyilməyə davamlı OVERLAY plyonkası ilə örtülüb, plyonkanın altında dekorativ lay yerləşir. Həmin laylar preslənərək aşınmaya davamlı, cəlbedici və toxunan zaman xoş təəssüratlar bağışlayan panel səthi yaradır.
2 – Laminasiya olunmuş döşəməüstü örtüklərin daşıyıcı layı yüksək sıxlığa, möhkəmliyə və nəmə davamlılığa malik HDF (High Density Fiberboard) taxta lifli lövhədir. Lövhənin -əsasın ekoloji təhlükəsizlik sinfi –E1.
3 – Aşağı səth paneli nəmdən qoruyan və işçi layın səthi gərginliyini əvəz edən xüsusi plyonka ilə örtülüb.
DOUBLECLIC SİSTEMİ
DoubleClic qıfılı hər panelin dörd tərəfində hazırlanıb, bu isə yığım keyfiyyətini əhəmiyyətli dərəcədə artırır və quraşdırma zamanı qıfılın zədələnmə ehtimalını azaldır.
5G SİSTEMİ
Lövhənin yan hissəsində çıxarılan elastik polimer taxma ilə 5G qıfılı möhkəm və etibarlı birləşmədir, döşəmənin düzülməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.
"SWISS KRONO" MMC-nİN LAMİNASİYA OLUNMUŞ DÖŞƏMƏÜSTÜ ÖRTÜKLƏRİNİN XASSƏLƏRİ